"İŞİD"-ə daha 30 zərbə endirildi
20 noyabr 2014 04:40 (UTC +04:00)

"İŞİD"-ə daha 30 zərbə endirildi

0

Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 30 hava zərbəsi endirib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.

 

Həmçinin Suriyada “Əl Qaidə”-yə yaxın “Xorasan” qruplaşmasının hərbi anbarları bombalanıb.

 

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 6 zərbə endirilib. İraqda isə “İŞİD”-in Kərkük və Mosul şəhərlərindəki mövqelərinə 24 hava zərbəsi endirilib.

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1062

Oxşar yazılar