"İranı Avropanın neft-qaz bazarları ilə heç nə birləşdirmir"
10 aprel 2015 01:52 (UTC +04:00)

"İranı Avropanın neft-qaz bazarları ilə heç nə birləşdirmir"

İran 2016-cı ilin əvvəlinədək  dünya neft-qaz bazarına tam dəyərli oyunçu qismində çıxmayacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leksey Puşkov bildirib.   

 

“Birincisi, İranın nüvə probleminə dair saziş hələ imzalanmayıb. Bu məsələ ilə bağlı hələ çox ziddiyyətlər olacaq, amerikalılar və iranlılar fərqli şərtlər irəli sürürlər”, deyə Puşkov “RSN” telekanalının efirində bildirib.   

 

 

Onun sözlərinə görə, ikincisi, saziş imzalansa da, onun müddəaları icra edilməyənədək sanksiyalar ləğv olunmayacaq: “Ümumiyyətlə, İranın bu ilin sonunadək, 2016-cı ilin əvvəlinədək  dünya neft-qaz bazarına çıxması barədə danışmaq  çətindir”.

 

“İran  bazara daxil olsa da, anlamaq lazımdır ki, hazırda onun neftinin potensial hissəsi bazara Səudiyyə Ərəbistanı tərəfindən tədarük olunur. İranın əvvəl Avropaya tədarük etdiyi nefti indi  Səudiyyə Ərəbistanı ixrac edir”, deyə Puşkov qeyd edib.   

 

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri İranın enerji ehtiyatlarını  Avropaya nəql  etmək üçün tədarük marşrutlarına malik olmadığını da qeyd edib: “İranı Avropa bazarları ilə, demək olar ki, heç nə birləşdirmir. Yalnız Türkiyə üzərindən keçən məhdud həcmdə  boru xətləri var. İndiki vəziyyətdə heç kim Suriya və İraq üzərindən keçəcək milyardlarla dollar dəyərində olan güclü neft-qaz borularının tikintisinə vəsait ayırmayacaq. Ona görə də İranın dünya bazarına çıxışı və neftin kəskin ucuzlaşması ilə bağlı isterikaya gəlincə hesab edirəm ki, hər şey belə sürətlə baş verməyəcək”.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar