“Əl-Qaidə” terror təşkilatı Amerika Birləşmiş Ştatlarında yeni terror aktları hazırlamağı planlaşdırır. Lent.az-ın kp.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu məlumat yayıb. Xüsusi xidmət orqanlarının məlumatına görə, artıq bütün ştat və şəhərlərin hüquq-mühafizə orqanları mümkün hücumlar barədə məlumatlandırılıb.
“Reuters” informasiya agentliyi isə Suriyaya endirilən aviazərbələr nəticəsində “Əl-Qaidə”nin terror aktlarını hazırlamış üzvlərinin öldürüldüyünü yazıb.