Finlandiyada Ebola virusuna yoluxduğu şübhəsi olduğuna görə qadın xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, virusun geniş yayıldığı Liberiyadan gəlmiş qadın kəskin baş ağrısı və qızdırma ilə həkimə müraciət edib.
Yerli mətbuatın yaydığı məlumatda, xəstənin oktyabrın 22-də Ebola virusunun kəskin yayıldığı ölkələrdən olan Liberiyadan gəldiyi bildirilir. Orada o, balaca bir ofisdə işləyirmiş.
Adı hələlik açıqlanmayan xəstədən qan analizi götürülüb. 3 gün içində dəqiq dioqnoz qoyulacaq.