"Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək"
07 avqust 2015 05:47 (UTC +04:00)

"Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək"

0

Qərb  Donbasdakı münaqişənin dondurulmasını istəmir. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.

 

“Qərbdə heç kimdə Donbasdakı münaqişənin “dondurulmuş münaqişə” şəklində sabitləşdirmək kimi illüziya yoxdur”, deyə o yerli “5-ci kanal”ın efirində çıxışı zamanı bildirib.   

 

Klimkin qeyd edib ki, “Donbas üzrə kompromis tək Donbas üçün yox, bütövlükdə, bütün Avropa üçün  tamamilə gözlənilməz fəsadlara gətirib çıxaracaq”.  

 

Klimkinin sözlərinə görə, Qərbdə yaxşı anlayırlar ki, Donbasda münaqişə dondurularsa, Rusiya onu istədiyi an yenidən gərginləşdirə biləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar