<span style="color:red;">Ukrayna DİN:  “Son bir həftədə 300 separatçı öldürülüb”
20 yanvar 2015 18:14 (UTC +04:00)

Ukrayna DİN: “Son bir həftədə 300 separatçı öldürülüb”

“Son bir həftə ərzində Ukraynanın şərqində gedən hərbi əməliyyatlar zamanı təxminən 300 terrorçu öldürülüb”.

 

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.

 

Onun sözlərinə görə, separatçılar Donetsk aeroportu, Qorlovka, Komsomolski və Volnovaxa yaxınlığında güclü artilleriya zərbələri zamanı böyük itki veriblər.

 

Özünü respublika elan etmiş “Donetsk Xalq Resublikası”nın nümayəndələri isə bu məlumatı təsdiqləməyiblər. Onların qərargahından bildiriblər ki, aeroport yaxınlığındakı döyüşlər zamanı Ukrayna hərbçilərinin itkisi daha çox olub.

 

Qərargah rəisinin müavini Eduard Basurinin “İnterfax”a verdiyi məlumata görə, döyüşlər zamanı Ukrayna tərəfdən 200 hərbçi öldürülüb, təxminən 300 hərbçi yaralanıb, 27 tank və 20 zirehli maşın məhv edilib. O, separatçıların 16 nəfər itki verdiyini, 60 nəfərin isə yaralandığını qeyd edib.

 

Xatırladaq ki, Ukraynanın şərqində vəziyyət ötən həftə yenidən gərginləşib. Daha çox toqquşmalar isə “DXR”-nın aylardır Ukrayna hərbçilərindən almaq istədiyi Donetsk aeroportu ətrafında baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35