
"BMW"-dən hidrogenlə işləyən İLK UÇAN TAKSİ
Beş nəfərlik "Skai" adlı uçan taksi ən çoxu 450 kq ağırlığında yükü qaldıra bilər.
Lent.az ictnews-a istinadla xəbər verir ki, hidrogen yanacaqla işləyən uçan taksinin tam yüklənməsi 4 saatlıq uçuş üçün kifayətdir.
Yanacaq doldurulması təxminən 10 dəqiqə çəkən aparatın maksimum mümkün sürəti isə açıqlanmayıb.
Uçan taksinin dizaynı "BMW" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Kabinə elə layihələşdirilib ki, içəridən sərnişinlər üçün panorama görünüşü əlçatan olsun. Həmçinin müxtəlif qəzalardan qorunmaq üçün bir neçə təhlükəsizlik sistemi nəzərdə tutulub, hətta aparatın yüngül enişi üçün böyük paraşüt mövcuddur.
"Skai" layihəsinin direktoru Stiv Hanvi bildirib ki, belə uçan taksilərin şəhərlərdə insanları daşımasına onilliklər lazımdır. Başlanğıc mərhələdə sözügedən taksilər yüklərin daşınması üçün və ya təcili yardım kimi istifadə edilə bilər.
Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42