[b]Türkiyədə parkinq üstündə baltalı dava[/b] - [b]2 ölü, 7 yaralı[/b]
27 may 2018 23:07 (UTC +04:00)

[b]Türkiyədə parkinq üstündə baltalı dava[/b] - [b]2 ölü, 7 yaralı[/b]

Türkiyədə – Adanada iş yerinin önünə maşının park edilməsinə görə meydana gələn davanın görüntüləri ortaya çıxıb.

 

Lent.az-ın oxu.az-a istinadən xəbərinə görə, münaqişə mayın 22-də baş verib. Qanlı davada iki nəfər həyatını itirib, yeddi nəfər ağır yaralanıb.

 

Adananın Yüreğir rayonunun Tahsilli məhəlləsində meydana çıxan hadisədə İsa S. pikabını Həsən A.-nın marketinin önünə park edib. Həsn A. Maşını başqa yerdə saxlamasını istəyib, bundan sonra mübahisə, ardınca qanlı münaqişə çıxıb. Həsən A.-nın qohumları da məsələyə qarışıb, bundan sonra İsa S. silahını çıxararaq beş nəfəri güllələyib. Onun silaha əl atmasını Həsənin qohumları cavabsız qoymayıb, onlar ağac parçaları və baltalarla davadakı rəqiblərinə qarşılıq veriblər.

 

Yaralılar xəstəxanaya yerləşdirilsə də, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar