<b>Suriyada məktəb bombalandı: </b> 22 uşaq öldü
27 oktyabr 2016 03:36 (UTC +04:00)

Suriyada məktəb bombalandı: 22 uşaq öldü

Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri nəticəsində 22 məktəbli, 6 müəllim ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-in (BMT-nin Uşaq Fondu) icraçı direktoru Entoni Leyk bildirib.

 

“Əldə etdiyimiz məlumata əsasən, İdlib şəhərində yerləşən məktəb bir neçə dəfə  hava hücumuna məruz qalıb. Nəticədə 22 uşaq və 6 müəllim həyatını itirib”, deyə E.Leyk qeyd edib.

 

Hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil. BMT-nin hesablamalarına görə, 2011-ci ildən etibarən Suriyada silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar