Azərbaycan olan iş adamı Prianqarda İtkin düşüb. Lent.az-ın “Baikal” saytına istinadən məlumatına görə, Rusiyanın İrkutsk vilayətinin Polis Baş İdarəsi mətbuat xidməti bildirib ki, 49 yaşlı Vaqif Niyazov sonuncu dəfə iyunun 4-də Jeleznoqorskda görüblər.
Məlumata əsasən, orada o, dostları ilə görüşüb və şəhəri tərk etmək niyyətində deyilmiş: “Səhəri gün onun telefonuna zəng çatmayıb. Onun harada olduğundan kimsənin xəbəri yoxdur”.
Mənbə bildirib ki, iyunun 9-da onun avtomobili Bratskla Ust-Kut şəhərlərini birləşdirən avtotrasın 507-ci km-liyində aşkarlanıb.
Məlumata görə, hazırda Usk-Kut və Nijeneilim rayonlarının polis əməkdaşları Niyazovun axtarışı ilə məşğuldur.
Həmin rayonların hüquq-mühafizə orqanları olanlardan xahiş edir ki, iş adamından xəbəri olanları bu telefon nömrələrinə zəng etsin: (39565) 5-01-43, (39566) 3 -02-03.