<b>Rusiya XİN:</b> “Ukraynadakı soydaşlarımızı  qoruyacağıq”
14 mart 2014 15:27 (UTC +04:00)

Rusiya XİN: “Ukraynadakı soydaşlarımızı qoruyacağıq”

0

“Ukraynanın yeni hökuməti ölkədəki duruma nəzarət edə bilmir və Donetskdəki hadisələr bunu bir daha sübut edir. Bu üzdən də Rusiya Ukrayna ərazisində soydaşlarını qorumaq hüququnu özündə saxlayır”.


 

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

 

“Dəfələrlə bildirmişik ki, Kiyevdə hakimiyyətə gəlmiş qüvvələr silahlı şəxsləri tərksilah etməli, habelə əhalinin təhlükəsizliyini təmin etməlidir. Lakin Ukraynadakı hadisələr bunun baş vermədiyini göstərir. Odur ki, Ukrayna hakimiyyəti ölkədəki vəziyyətə nəzarət edə bilmir. Rusiya soydaşlarının həyatına görə məsuliyyət daşıdığını dərk edir və onları qorumaq hüququnu özündə saxlayır”, - deyə bəyanatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar