[b]Rusiya MN: "Türkiyə tərəfi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz olub"[/b]
24 noyabr 2015 20:43 (UTC +04:00)

[b]Rusiya MN: "Türkiyə tərəfi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz olub"[/b]

"Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyada Rusiya məxsus "Su -24" qırıcı təyyarəsini vurmasına qeyri-dostluq əməli  kimi baxır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

 

"Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkətinə qeyri-dostluq əməli kimi baxırıq", deyə məlumatda qeyd olunub.

 

Rusiya Müdafiə Nazirliyi Suriyada "Su-24" qırıcı təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra Türkiyə tərəfi ilə təcili əlaqəyə çıxmağın mümkün olmadığını açıqlayıb: "Nazirliyinin mütəxəssisləri tərəfindən Türkiyə tərəfi ilə qarşılıqlı əlaqə yaratmaq üçün təcili əlaqəyə çıxmaq cəhdləri nəticə verməyib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar