![[b]Rusiya əleyhinə növbəti QƏTNAMƏ - Bu dəfə ABŞ Konqresində[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Rusiya əleyhinə növbəti QƏTNAMƏ - Bu dəfə ABŞ Konqresində[/b]
ABŞ Konqresinin Nümayəndələr Palatasına 4 respublikaçı konqresmen tərəfindən Rusiya əleyhinə yeni qətnamə layihəsi təqdim olunub.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib. Layihə Donbas regionunda – Avdeyevka qəsəbəsi istiqamətində atəşkəsin pozulması və döyüşlərin başlaması ilə əlaqədar hazırlanıb. Qətnamə layihəsinə respublikaçı konqresmenlər Endi Harris, Brayan Fitzpatrik, Sander Levin və Marsi Kaptur həmmüəlliflik edir.
Sənəddə Donbasda baş verən gərginlikdə Rusiya ittiham olunur və bu əməllərin Minsk razılaşmalarına zidd olduğu vurğulanır: “Bu pozuntular Rusiya Federasiyası öz beynəlxalq öhdəliklərini tam yerinə yetirənə qədər ona qarşı məqsədyönlü sanksiyaların gücləndirilməsini zəruri edir. Rusiyanın gizli və açıq qüvvələri və hərbi vasitələri Ukraynadan çıxarılmalı və bu ölkə Krıma qarşı hər hansı iddiadan vaz keçməlidir”.
Layihədə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırış edilir: “Palata bəyan edir ki, Ukraynaya qarşı qanunsuz Rusiya işğalının davam etməsi Rusiya Federasiyası əleyhinə əlavə, daha sərt sanksiyaların tətbiqi üçün əsasdır”.
Konqresmenlər hesab edir ki, Nümayəndələr Palatası ABŞ hökumətindən Ukraynaya hərbi yardım göstərməyi tələb etməlidir: “ABŞ hökumətinə və digər NATO dövlətlərinə Rusiya təcavüzü ilə mübarizədə Ukraynaya fəal hərbi yardım göstərilməsi üçün müraciət edirik”.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Nümayəndələr Palatasına “Ukraynaya Dəstək Aktı” adlı əhatəli qanun layihəsi təqdim olunub. Bu layihədə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların qanunlaşdırılması və Ukraynaya maliyyə və hərbi dəstəyin göstərilməsi əksini tapıb. Konqresin yuxarı palatası - Senata da Rusiya əleyhinə respublikaçılar və demokratların həmmüəllifliyi ilə qanun layihələri təqdim olunub.
Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33