Bundan sonra Rusiyaya rəqib kimi baxmaq məcburiyyətindəyik.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin müavini Aleksandr Verşbou deyib.
“Görünür ki, Rusiya NATO-nu öz rəqibi elan edib. Ona görə də biz indi Rusiyaya tərəfdaş kimi yox, daha çox rəqib kimi baxmalıyıq”, - deyə o vurğulayıb.
Verşbou qeyd edib ki, Rusiya-NATO münasibətlərinə Moskvanın Ukraynaya qarşı aqressiv siyasəti təsir edib.