Almaniyanın keçmiş baş naziri Helmut Şmidt həyat yoldaşı Lokiyə düz 40 il başqa bir qadınla xəyanət edib.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, keçmiş baş nazir bu haqda bütün həyatını qələmə aldığı “Bunu da bəyan etmək istəyirəm ki...” adlı kitabında yazıb. Başqa bir qadınla münasibəti olduğunu yazan keçmiş baş nazir 68 il evli qaldığı arvadına 40 il xəyanət etdiyini açıqlayıb.
Kitabda siyasətçi gizli münasibətinin 60-cı illərin sonu 70-ci illərin əvvəlində başladığını qeyd edib. Baş nazir olduqdan sonra gizli münasibətini bitirdiyi düşünülən Helmutun münasibətini bitirmədiyi və hətta iki il əvvəl sevgilisi ilə yaxın dostunun yas mərasiminə qatıldığı bəlli olub.