[b]İstanbulda çayxana atəşə tutuldu: [/b]2 ölü, 4 yaralı
02 fevral 2016 10:10 (UTC +04:00)

[b]İstanbulda çayxana atəşə tutuldu: [/b]2 ölü, 4 yaralı

0

Türkiyənin İstanbul şəhərində naməlum şəxslərin çayxananı atəşə tutması nəticəsində 2 nəfər ölüb, 4 nəfərsə yaralanıb.

 

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, üzlərinə maska taxmış iki nəfər gecə saatlarında çayxanaya yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Çayxananı güllə-baran edən naməlum şəxslər daha sonra hadisə yerindən qaçıblar. Həmin vaxt orada olan iki kişi aldığı güllə yarasından hadisə yerində ölüb. Xəsarət almış 4 nəfərsə xəstəxanaya çatdırılıb.

 

Hadisədən sonra ərazidə əməliyyat-axtarış tədbirlərinə başlanıb. İlkin ehtimala görə, hadisəni terrorçular törədiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar