<b>Haaqa məhkəməsi Yaponiyaya balina ovunu yasaqlayıb</b>
01 aprel 2014 07:47 (UTC +04:00)

Haaqa məhkəməsi Yaponiyaya balina ovunu yasaqlayıb

Martın 31-də BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi Yaponiyaya balina ovunu qadağan edib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda Yaponiyanın «NHK» telekanalı xəbər yayıb.

 

Məhkəmənin qərarında bildirilib ki, yaponların balina ovçuluğu elmi məqsədlərə uyğun aparılmır.

 

Telekanalın məlumatına əsasən, məhkəmənin qərarında göstərilib ki, yapon balıqçıların balina ovlaması 1946-cı il Balina ovlanmasının tənzimlənməsi haqda Beynəlxalq Konvensiyada nəzərdə tutulan elmi standartlara uyğun deyil.

 

Beynəlxalq məhkəmə onu da bildirib ki, gələcəkdə də Yaponiyaya balina ovuna dair icazənin verilməsinə qarşı çıxacaq.

 

Mənbə xatırladıb ki, 2010-cu ildə Avstraliya hakimiyyəti Antarktidada  Yaponiyanın balina ovunu dayandırması ilə bağlı şikayət etmişdi. Avstraliya tərəfinin məlumatına əsasən, Yaponiya hər il yüzlərlə balinanın qanını axıdır və ətini daxili bazarda satır.

 

İddialara cavab olaraq, Tokio bildirib ki, onların balina ovlaması elmi xarakter daşıyır, beynəlxalq konvensiya isə onun ətini satmağa icazə verir.

 

Yerin bu nəhənginin ovlanması 25 ildir yasaqlanıb. Ancaq Yaponiyanın elmi-araşdırma məqsədi ilə balina ovlamaq haqqı var. Yaponların bu sahədəki fəaliyyətindən Avstraliya və Yeni Zelandiya rahatsızdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155
avatar

Oxşar yazılar