![[b]Gürcüstan-Türkiyə sərhədində ETİRAZ AKSİYASI[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Gürcüstan-Türkiyə sərhədində ETİRAZ AKSİYASI[/b]
Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsinin yaxınlığında etiraz aksiyası keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, aksiyada iştirak edən Gürcüstan vətəndaşları Türkiyə sərhədini keçməklə bağlı cari ilin yanvarın 1-dən tətbiq olunan yeni qaydalara etiraz ediblər. Ticarət məqsədilə mütəmadi Türkiyəyə səfər edən bu şəxslər yeni qaydaların sərt olduğunu bildiriblər və ləğv olunması tələbini irəli sürüblər.
Qeyd edək ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni qaydalara əsasən Türkiyə sərhədini keçmək və ölkə ərazisində qısa müddətdə qalmaq bir təqvim günü hesab olunacaq. Yeni qaydalar bütün xarici ölkə vətəndaşlarına şamil olunur. Gürcüstan vətəndaşları Türkiyədə 180 günlük dövr müddətində 90 gün ərzində qala bilərlər. 90 gün bitəndən sonra onlar yaşamaq üçün icazə almalıdırlar.
Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42