Qaranlıq yolçuları: Kimdir onlar?
11 oktyabr 2016 10:37 (UTC +04:00)

Qaranlıq yolçuları: Kimdir onlar?

"İraq və Şam İslam Dövləti". Qısaca İŞİD.  Bu vəhşət, qorxu, ölüm saçan şəbəkə, sanki, məntiq qanunlarını alt-üst edir, nifrət doğursa da, sıralarını genişləndirir.

Səbəb nədir, niyə belə olur?

İŞİD münasibətimizdən və ona nifrətimizdən asılı olmayaraq, fenomenə çevrilib. Yaxın Şərqdə ərazilər və ən başlıcası, şüurlar uğrunda mübarizədə bu terror təşkilatının uğurları - bunu etiraf etmək gərək - İraqın mərhum prezidenti Səddam Hüseynin ordusunun və xüsusi xidmət qurumlarının sabiq zabitlərinin qatılması, İraq ordusundan ələ keçirilmiş silah və hərbi texnika, nə də maliyyə bazası deyil.
Dünyada Suriya və İraq təki çox "qaynar" bölgə, maddi-texniki imkanları İŞİD-i geridə qoyan terrorçular, qiyamçılar, separatçılar var. Onların arxasında böyük dövlətlərin kölgələri aşkar görünür. Amma həmin terrorçularla separatçıların irəliləyişləri yoxdur, dünya və regional siyasətə də təsirləri çox azdır.
Ona görə də müxtəlif "komplo teoriləri", konspiroloji nəzəriyyələr işlək deyil. 

 

Ən azı ona görə ki, Dağlıq Qarabağdakı erməni separatçılarının texnikası, maliyyə imkanları və silahları İŞİD-də olsaydı, saqqallı "Xilafət döyüşçüləri"nin nəzarət etdikləri ərazilər Aralıq dənizinin sahillərindən başlayaraq Hindiquş dağlarınadək uzanardı.

Bütün digər separatçı və terror təşkilatlarından fərqli olaraq İŞİD bir geosiyasi layihə kimi insan kapitalına, insanlar üzərində tam nəzarətə stavka edir. Buna səbəb də İŞİD-in sivilizasiyaya qarşı hibrid savaş aparmasıdır.

Savaşda İŞİD dünyanın böyük dövlətlərinin, xüsusilə də ABŞ və Avropa Birliyinin nəhəng, onillər əvvəl saxlanmış təbliğat mexanizmlərinə kiçik qüvvələrlə sinə gərir, bütün sosial qruplar və regionlarda sıralarına yeni tərəfdaşlar cəlb edir.
İŞİD liderləri çağdaş sivilizasiyanın zəif nöqtələrini asanlıqla taparaq həmin "sinir"lərdən yapışıblar. Onlar bütün dünyanın mediasını "Xilafət"in təbliğatına çalışmağa vadar ediblər.

Səbəb?

Ənənəvi cəmiyyətlə yanaşı, modern toplumlar dövlətin ağır, yöndəmsiz strukturları, yazılmamış qanunlar və yazılmamış şərtlərlə qaydalar vasitəsilə insana təzyiq edir. Cəmiyyət, dövlət nə qədər demokratik, inkişaf etmiş, modern olsa da, insanı onun inkişaf yollarında məhdudlaşdırır, şəxsiyyətinin olduğu kimi izharına mane olur, yalan danışmağa və ideallarından əl çəkməyə vadar edir. Karyera pilləkəni bəzən çox dik, sürüşkən olur, bəzən, ümumiyyətlə, qapılar bağlı olur və irəliyə doğru addım atmaq üçün yer, imkan yoxdur.

Belə durum ambisioz və avantürist insanları xüsusilə qıcıqlandırır. Habelə, həyat yolunun kənarına atılmış insanlar özlərini incik, ədalətsizliklə qarşılaşmış təki hiss edirlər.

İŞİD də məhz belə insanları toplayır. Vaxtilə İraqda Səddam Hüseynin ordusunda və kəşfiyyatında xidmət etmiş, Suriyada Bəşər Əsədin qurumlarından atılmış insanlardan tutmuş, Avropa ölkələrində səhər saat 9-dan axşam saat 5-dək ofisdə işləyən, əsl həyatını isə onlayn oyunlarda yaşayan ofis planktonlarını "müqəddəs cihad"a çağırır. İŞİD-in qurduğu cəmiyyətdə hər kəs istedadı, bacarığı və imkanlarına uyğun olaraq yerini tutaraq tam azad ola bilər. Fəqət, həmin tam azadlıq İslamın İŞİD anlamındakı özünəməxsus qavramını ehtiva edir.

 

Dünyadakı ən müxtəlif radikal islamçı qruplaşmalardan fərqli olaraq İŞİD həmişə "ümumdünya Xilafət"inin reallığına, əlçatanlığına inanıb, əsla şübhə etməyib. İŞİD ötən əsrin əvvəllərində bolşeviklərin xülyalarındakı ümumdünya inqilabı ideyasına bənzər ideologiyanın daşıyıcısıdır.

Ən müxtəlif radikal islamçılar ən müuxtəlif vaxtlarda ümumdünya Xilafəti barədə danışıblar. Lakin İŞİD-dən savayı onların heç biri Xilafətin "burada və indi" tipli yaradılma planının hazırlanması, həyata keçirilməsi ilə məşğul olmayıb.
Bəla indi yox, 9 il əvvəl, 2006-cı ildə başlayıb. O zaman "Əl Qaida"nın çoxsaylı bölmələrindən biri olan terrorçu dəstə adını dəyişərək, sadəcə, "İraq və Şamda İslam Dövləti" olmadı, yox. Bu qruplaşma yeni dövlət yaratmaq üçün hazırlıq layihəsini gerçəkləşdirməyə başladı. Layihə Suriya və İraqla bahəm, bütün Yaxın Şərqə genişlənməsi, sonra da dünyanı ələ keçirməyi nəzərdə tuturdu. Radikal islamçı qruplaşmalar müdafiə cihadının əsaslandırılması ilə məşğul olanda, özlərini və İslam aləmini "səlibçilərlə sionistlərin qurbanları" kimi qələmə verəndə İŞİD hücum mövqeyinə keçdi.

İŞİD potensial qalib və uğurlu təşkilat kimi davranmağa başladı.
Radikal islamçıların "qoca" nəslindən olan nəzəriyyəçilər, ideoloqlar İŞİD-ə arxa çeviriblər, bu terrorçuların qəddarlığa və sərtliyinə heyrətlə tamaşa edəndən sonra təəssüfləniblər. Ona görə də İŞİD-in ideologiyası ilə gənc siyasətçilər və filosoflar məşğul olurlar ki, onların arasında ən nüfuzlusu 30 yaşlı bəhreynli Turki əl bin Əlidir.

Turki Bəhreynd pullu, varlı-hallı ailədə böyüyüb və indi nüfuzlu İslam alimləri ilə şeyxlərinin "taxt"larını sarsıdan adam, internet-trollinqin ustası kimi tanınır.
Yeniyetməlik illərindən internetdə "yaşayan" İŞİD ideoloqları və təbliğatçıları ərəb gəncləri ilə Qərb tineycerlərinin mədəni kodlarını bilirlər, memrlər yaradırlar, mediavirusları sosial şəbəkələrə buraxırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35