Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “İstanbul Başakşehir” klubunun ev oyunlarını keçirəcəyi stadionun aşılışından sonra Türkiyənin məşhurları arasında futbol oyunu keçirilib. Lent.az-ın məlumatına görə, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan və adı bir müddət əvvəl rüşvət qalmaqalında hallanan oğlu Bilal Ərdoğan da surpriz şəkildə məşhurlar arasında meydana çıxıb. Komandaların tərkibində nazirlər, məşqçilər, şoumenlər, aktyorlar, eləcə də futbolçu karyerasını başa vurmuş oyunçular yer alıb. Görüşdə Türkiyənin baş naziri üç qol vurub.
Türkiyədə keçiriləcək 12-ci prezident seçkiləri öncəsi keçirilmiş oyunda ölkə prezidentliyinə namizədliyini vermiş Ərdoğanın məhz 12 nömrəli forma ilə meydana çıxması diqqətdən yayınmayıb.
Həmin oyundan çəkilən bəzi fotoları təqdim edirik.