![[b]Bu da mühərrikli SMART ZİBİL VEDRƏSİ - FOTO - VİDEO[/b]](https://lent.az/storage/news/2019/may/07/big/9fce8e0efb140f1c82e3e49c5e27262e.jpg)
[b]Bu da mühərrikli SMART ZİBİL VEDRƏSİ - FOTO - VİDEO[/b]
Çinin nəhəng "Xiaomi" istehsalçısı "Ninestars" şirkəti ilə əməkdaşlıqda 19 dollara təklif edilən yeni "ağıllı" "Xiaomi Ninestars Smart Trash Can" zibil vedrəsini təqdim edib.
Lent.az ictnews-a istinadla xəbər verir ki, zibil qabı səssiz açma və bağlamanı təmin edən birdüyməli intellektual idarəetmə mexanizmi ilə təchiz olunub.
Bildirilir ki, tutumu 10 litr təşkil edən vedrədə qoxunun yayılmasının qarşısını alan germetik strukturdan istifadə edilib. Şirkət tərəfindən qapağın səssiz açılma və bağlanmasına görə məsuliyyət daşıyan yeni səssiz mühərrik və "ağıllı" prosessor tətbiq olunub. İnfraqırmızı tanıma sistemi sayəsində qapaq əl yaxınlaşan zaman avtomatik açılır ki, bu da bakteriyaların ötürülməsi riskini azaltmağa imkan verir. Ötürücülər 30 sm məsafədə işə düşür. Vedrənin işi üçün 2 batareya tələb olunur.
Tərtibatçıların sözlərinə görə, "Xiaomi Ninestars Smart Trash Can" zibil qutusu qoxunun qarşısını alan mexanizmə malik olsa da, içindəki torbanın avtomatik yığılması və dəyişdirilməsini dəstəkləmir.
Oxşar yazılar

Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23