<b>“Hadisəni PKK terror təşkilatının törətdiyini təxmin edirəm”</b>
11 dekabr 2016 01:53 (UTC +04:00)

“Hadisəni PKK terror təşkilatının törətdiyini təxmin edirəm”

“Hadisəni PKK terror təşkilatının törətdiyini təxmin edirəm”.  APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri dekabrın 10-da gecə saatlarında İstanbuldakı Vodafone Arena stadionu yaxınlarında törədilən  terror aksiyası ilə bağlı agentliyə verdiyi açıqlamada terror və təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis,”Milliyet” qəzetinin köşə yazarı, NTV kanalının şərhçisi Nihat Əli Özcan deyib.

 

APA-nın “Beşiktaş-Bursa oyunundan sonrakı hadisəni  hansı terror təşkilatının törətdiyini təxmin edirsiniz?”- sualının cavabında Nihat Əli Özcan deyib: “Türkiyə həm daxildə  PKK terror təşkilatına, həm də Suriyada DAEŞ terror təşkilatına qarşı mübarizə apardığına görə, sıxıntılı durum var və bu cür terror aksiyaları həmişə gözlənilir. Bu terror hadisəsinin ilk ipucları onu PKK terror təşkilatının törətdiyini təxmin etməyimizə imkan verir. Bomba yüklü maşınla polislər hədəf alınmışdır - daha əvvəl bu cür terror hadisələrini həm PKK həm də DAEŞ terror təşkilatlarının törətdiklərinə şahid olmuşuq. Bu gecəki terror aksiyasını isə PKK-nın törətdiyini təxmin etsəm də, bu fikrim qəti deyil”. Nihat Əli Özcan terror hadisəsi nəticəsində şəhidlər ola biləcəyini  istisna etməyib.

 

Qeyd edək ki, dekabrın 10-da İstanbuldakı Vodafone Arena stadionunda oynanan Beşiktaş-Bursaspor futbol matçından sonra çevik alay polislərini aparan mikroavtobus  keçdiyi yolda bomba yüklənmiş maşın partladılıb. Daxili işlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisində verdiyi açıqlamada 38  polisin yaralandığını, hadisədə şəhid olub-olmamasıyla bağlı məlumat almadıqlarını deyib. .  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35