Azərbaycan Rusiyanın “Kazan Vertolyot Zavodu”ndan (KVZ) 6,8 milyard rublluq (təqribən 150 milyon manat) helikopter sifariş edib. Lent.az-ın məlumatına görə, bu barədə zavodun baş direktoru Vadim Liqay “RBK-Tatarstan”a açıqlama verib.
O bildirib ki, müəssisədə bu il 100-dən çox helikopter istehsal olunacaq. Liqayın sözlərinə görə, ən böyük sifarişçilər Hindistan (24,4 milyard rubl), Azərbaycan və ABŞ (6,2 milyard rubl) olub. Satışdan isə 50 milyard rubl gəlir götürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın KVZ-dən nə qədər helikopter sifariş etdiyi açıqlanmayıb. Amma açıqlanan məbləğə və istehsal olunan helikopter sayına əsasən, ölkəmiz üçün 15-dək helikopterin sifariş olunduğunu söyləmək olar.
Azərbaycan Kazandan 150 milyon manatlıq helikopter sifariş edib
1726