"A320” təyyarəsində qəzadan bir gün əvvəl nasazlıq yaranıbmış
25 mart 2015 07:58 (UTC +04:00)

"A320” təyyarəsində qəzadan bir gün əvvəl nasazlıq yaranıbmış

Fransanın cənubunda qəzaya uğrayan “Airbus A320” təyyarəsində bir gün əvvəl texniki problemlər qeydə alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Der Spiegel nəşri məlumat yayıb.  

 

Nəşr   “Airbus A320” tipli digər təyyarələrin bəzi ekipajlarının qəzadan sonra uçuşdan imtina etməsini məhz bununla əlaqəli olduğunu ehtimal edir.  

 

“Der Spiegel”in məlumatına görə,  qəzaya uğrayan “Airbus A320” təyyarəsində qabaq şassinin yığıldığı bölmənin qapısında nasazlıq olub. Təyyarə bu səbəbdən uçuşa buraxılmamışdır və bir neçə saat Düsseldorf aeroportundakı duracaqda saxlanılıb.  

 

“Lakin bu problem tamamilə aradan qaldırılıb və ötən gün saat 10-dan etibarən təyyarə müntəzəm reyslərin icrasına başlayıb”, deyə  “Der Spiegel” nəşrinə Lufthansa aviaşirkətindən bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar