NATO-nun baş katibi Andres Foq Rasmussen Şimali Atlantik alyansının «açıq qapı siyasətinə» sadiq qaldıqlarını bildirib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, baş katibin bu bəyanatı qurumun rəsmi saytında yerləşdirilib.
«İstənilən dövlətin gələcəyini müəyyənləşdirmə haqqını NATO dəstəkləyir»-deyə, Rasmussen vurğulayıb.
Qurumun baş katibi daha sonra bildirib: «Anlaşılmaz dünyada təhlükəsizlik NATO üçün başlıca hədəf olaraq qalır. NATO üzvlərinin öhdəliklərini yerinə yetirməsi və məsuliyyətli olmasını arzulamaqla yanaşı, Avropadakı demokratik dövlətlərin öz dəyərlərini, xalqını və ərazi bütövlüyünü qoruması üçün qapılarını açıq saxlayır».