Krımın hava məkanında ABŞ-a məxsus pilotsuz uçan kəşfiyyat aparatının tutulması haqda yayılan xəbəri Pentaqonu təkzib edib.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Aylin Laynez bildirib ki, xəbər gerçəkliyə uyğun deyil.
***
01.04
Krımın hava məkanında ABŞ-ın kəşfiyyatçı pilotsuz uçan aparatının qeydə alındığı bildirilib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu xəbər «Rostex» dövlət şirkətinin saytında yerləşdirilib.
«Avtobaza» radioelektron mübarizə kompleksi aparatı qeydə alıb və onu oturdub. Pilotsuz qurğu təxminən 4 min metr yüksəklikdə uçub və yerdən demək olar ki, görünməyib. «Avtobaza»-nın yardımı ilə qurğunun amerikalı operatorla əlaqəsi kəsilib. Nəticədə aparat qəza enişi edərək, xəsarət almadan özünü müdafiə qüvvələrinə əlinə keçib. «MQ-5B» Almaniyanın Bavariya bölgəsində yerləşən ABŞ –ın 66-cı hərbi kəşfiyyat briqadasına aiddir»-deyə, məlumatda bildirilib.
Mənbə qeyd edib ki, bu, ABŞ-ın Krım üzərində ələ keçirilən ikinci pilotsuz qurğusudur.