«İrana münasibətdə ikiüzlülük həm də təhlükəlidir»
11 mart 2014 02:14 (UTC +04:00)

«İrana münasibətdə ikiüzlülük həm də təhlükəlidir»

0

İsrailin baş naziri Binyamin Netanyahu İranın atom-nüvə problemin münasibətdə qərbi «ikiüzlülükdə» ittiham edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, matın 10-da Eylatda o, deyib ki, bu «ikiüzlülük nəinki mənəvi cəhətdən qəbuledilməzdir, həm də çox təhlükəlidir».

 

Mənbə xatırladıb ki, bu liman şəhəri yəhudi dövlətinin cənubunda Qırmızı dənizin sahilində yerləşir. Martın 8-də İsrail Hərbi Dəniz Donanmasının iki gəmisi «Klos - Si» yük gəmisini saxlayıb.

 

Panama bayrağı altında üzən bu gəmidən 200 km-lik məsafədəki hədəfi vurun 40 «M302» raket, 122 mm çaplı  181 mərmi və 7,62 çaplı 400 min güllə aşkarlanıb.

 

Bu qaçaqmalçılıqda İsrail hökuməti İran hakimiyyətini suçlu bilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 871

Oxşar yazılar