Lent.az-ın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman açıqlama verib.
“Axtarış zonası 35 km-dək genişləndirilib, axtarış işlərinə Fövqəladə Hallar Dövlət Xidmətinin 200-dək əməkdaşı cəlb olunub, lakin onlar ərazidə olan silahlı şəxslərin daimi təzyiqi altında çalışırlar”- deyə, o, bildirib.
Qeyd edək ki, Malayziyaya məxsus "Boeing 777" təyyarəsinin göyərtəsində 298 nəfər olub. Onların hamısı təyyarənin vurulması nəticəsində həlak olub.