Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan “WhatsApp” daha bir yeniliyə imza atmağa hazırlaşır.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu barədə alman saytı olan “Macerkopf” məlumat yayıb.
Səsli danışıqdan sonra ani mesajlaşma sistemi olan “WhatsApp” istifadəçiləri görüntülü danışa biləcəklər. 2014-cü ildə 22 milyard dollara facebook-un satın aldığı “WhatsApp” bir-birinin ardınca yeniliklər etməkdən çəkinmir. Sahibi dəyişdikdən sonra bu sistemə bir çox yeniliklər gətirilib. Ən əsası isə mesajların oxunduğunu göstərən qoşa mavi xətt, dizayn dəyişikliyi, səsli danışıq və sairədir. Görüntülü danışıq funksiyası ilk olaraq “WhatsApp” versiyalarında istifadəyə veriləcək. Səsli danışıq “WhatsApp”a xas bir yenilik deyil.
Eyni funksiya bir müddət öncə “Facebook Messenger” tərəfindən də işə salınmışdı. “WhatsApp” bu yeniliyini bu ilin aprel ayından işə salıb. Funksiya problemli olsa da fəaliyyət göstərir.