Aprelin 7-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer bildirib ki, Ukrayna ilə sərhəddə Rusiyanın on minlərlə hərbçisi cəmləşdirilib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, amerikalı diplomat Moskvanı gərginliyin aradan qaldırılması ilə bağlı tədbir görməyə çağırıb.
“Bizdə olan təkzibedilməz faktlara əsasən, Ukrayna ilə sərhəddə Rusiya ordusunun on minlərlə döyüşçüsü cəmlənib. Bu, dinc vaxtlarda belə müşahidə edilməyib” -deyə, ATƏT-də Ukraynadakı hadisələr həsr olunan təcili iclasda Bayer bildirib.
Mənbə xatırladıb ki, həmin iclasa Rusiya təmsilçiləri qatılmayıb.