“Toshiba” Britaniyanda 300 milyonluq AES tikəcək
02 may 2014 06:48 (UTC +04:00)

“Toshiba” Britaniyanda 300 milyonluq AES tikəcək

0

Yaponiya baş naziri Sindzo Abe  və Britaniya hökumətinin başçısı Devid Kemeron arasında əldə edilən razılaşmaya əsasən, Yaponiyanın “Toshiba” şirkəti krallığın atom-energetika sahəsinin inkişafına 300 milyon dollar sərmayə qoyacaq.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hökumət başçıları qeyd edib ki, “Toshiba”-nın törəmə şirkəti “Westinghouse Electric” Britaniyanın şimal-qərbində 3 atom reaktoru tikəcək.

 

Kemeron əminliklə bildirib ki, bu minlərlə yeni iş yerinin açılması və krallığın “təmiz enerji” ilə təmin olunması deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar