Rusiyayönlü yaraqlılar Ukraynanın Kramatorsk şəhərinin kanalizasiya sisteminə naməlum maddələr qoyur.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində xəbər yayılıb.
Mənbə qeyd edib, hərbçilər kanalizasiya sisteminin minalandığını ehtimal edir.
Məlumata əsasən, mayın 5-də Kramatorskdakı separatçılar 25 ton partlayıcı maddə oğurlayıb.
Mənbə xatırladıb ki, Ukraynanın güc qurumları Drujkovka, Slavyansk və Kramatorskın minalanmış küçələrinin sxemini təqdim edib.