“Təcavüzkarlığı təbliğ edən” “Rossiya-24”-ə” Moldovadan sanksiya
05 iyul 2014 00:14 (UTC +04:00)

“Təcavüzkarlığı təbliğ edən” “Rossiya-24”-ə” Moldovadan sanksiya

0

Moldova Rusiyanın “Rossiya-24” telekanalının yayımı dayandırılıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Moldovanın Teleradio Şurası Rusiya telekanalı “təcavüzakarlığı təbliğ”də ittiham edib.

 

Mənbə bildirib ki, 2015-ci il yanvarın 1-dək “Rossiya-24” telekanalının ölkə ərazisində yayımı yasaqlanıb. Bundan başqa Şura Rusiyanın  “Prime”, “TV 7”, “RTR Moldova” və “REN TV Moldova” (Rusiyaynın “Pervıy kanal”, “RTR-Planeta” və “REN TV”-nin verilişlərinin ötürən telekanallar ) telekanallarına da sanksiya tətbiq edib. Bunların qadağan edilməsinə səbə olaraq, həmin kanallarını yayımının  “Moldovanın teleyayımının kodeksinə uyğun olmadığı” göstərilib.

 

“Rossiya-24”-ün baş redaktoru Yevgeni Bekasov bu qərarın  onlar üçün “gözlənilməz” olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 906

Oxşar yazılar