Əfqanstanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün ölkənin 13 əyalətində aparılan əməliyyat zamanı “Taliban”ın təxminən 60 üzvü məhv edilib.
Məlumata görə, əməliyyat zamanı 4 terrorçu əsr alınıb, 14 nəfər isə yaralanıb.
Bundan başqa təhlükəsizlik qüvvələri çoxlu silah və hərbi sursat ələ keçiriblər.
Nazirlik hökümət qüvvələri arasında itkinin olmadığını da bildirib.