“Taliban” Molla Ömərin öldüyünü təsdiqlədi
31 iyul 2015 00:25 (UTC +04:00)

“Taliban” Molla Ömərin öldüyünü təsdiqlədi

“Taliban” hərəkatı rəsmi olaraq qruplaşmanın lideri Molla Ömərin öldüyünü təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.

 

“İslam Əmirliyinin rəhbərliyi və Ömərin ailəsi Molla Ömərin xəstəlikdən keçindiyini bildiriblər”, deyə bəyanatda bildirilib.  

 

Əfqanıstan hökumətinin yaydığı bəyanatda  “Taliban” lideri Molla Ömərin hələ 2013-cü ilin aprelində Pakistanda xəstəlikdən öldüyü bildirilib.

 

Bundan əvvəl Talibanın Şurası Molla Ömərin köməkçisi olmuş Əhdar Məhəmməd Mənsuru qruplaşmanın yeni lideri təyin edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar