Aprelin 1-dən etibarən Rusiyanın iri bankı “Sberbank” (“Əmanət Bankı”) xarici valyuta ilə kredit verməyi dayandırıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bank bu qərarını “optimallaşdırma” və “gələcəkdə sabitliyin qorunmasının” vacibliyi ilə izah edib.
Maliyyə qurumunun rəsmi saytından artıq kreditin dollar və avro ilə verilməsi haqda məlumat silinib.