“Saşko Belıy” necə öldürüldü? - <span style="color:red;">TƏFƏRRÜAT
25 mart 2014 13:25 (UTC +04:00)

“Saşko Belıy” necə öldürüldü? - TƏFƏRRÜAT

0
 
Ukraynada “Sağ sektor”un tanınmış fəallarından olan “Saşko Belıy” ləqəbli Aleksandr Muzıçkonun öldürülməsi olayının təfərrüatları bəlli olub.

APA-nın “korrespondent.net” xəbər portalına istinadən verdiyi məlumata görə, Ukrayna daxili işlər nazirinin 1-ci müavini Vladimir Yevdokimov A. Muzıçkonun saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmasından sonra ölümcül yaralandığını və daha sonra öldüyünü açıqlayıb.

 

V. Yevdokimov martın 24-dən 25-nə keçən gecə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları və “Sokol” xüsusi təyinatlı dəstəsi tərəfindən Rovno vilayətində mütəşəkkil cinayətkar dəstənin yaxalanması məqsədilə xüsusi əməliyyat keçirildiyini bildirib. Əməliyyat Rovno yaxınlığındakı bir kafedə keçirilib və orada 3 nəfər saxlanılıb. Həmin şəxslərdə “Kalaşnikov” avtomatı və “Makarov” tapançası olub. A. Muzıçko isə “Dayan! Milis!” çağırışlarından sonra kafenin pəncərəsindən tullanaraq qaçmağa başlayıb və “Sokol” əməkdaşlarına atəş açıb. Yaralanan “Sokol” əməkdaşı A. Muzıçkonun ayaqlarına doğru cavab atəşi açıb. A. Muzıçkonun yaxalanması zamanı isə əlbəyaxa dava olub və yenidən atəş səsləri eşidilib. Ağır yaralanan “Saşko” ölüb. Saxlanılan digər 3 nəfər Kiyevə aparılıb.

 

10.24.

 
Ukraynada “Sağ sektor”un tanınmış nümayəndələrindən olan “Saşko Belıy” ləqəbli Aleksandr Muzıçko qətlə yetirilib.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ilk olaraq Ali Radanın deputatı Oles Doniy özünün “Facebook” səhifəsində məlumat yayıb. O, qətlin Rovno vilayəti ərazisində törədildiyini açıqlayıb: “İki maşın onun avtomobilinin qarşısını kəsib. Onu içəridən çıxararaq öz avtomobillərinə oturdublar. Daha sonra əlləri qandallanmış şəkildə yerə ataraq ürəyindən iki güllə vurublar”.  

 

“Sağ sektor” faktı təsdiqləyib. Qurumun Rovnodakı fəallarından olan Yaroslav Qranitski A. Muzıçkonun meyitini gördüyünü, onun əynindəki paltarın cırıldığını söyləyib: “Onu öldürənlər əynində zirehli jiletin olmadığına əmin olduqdan sonra ürəyinə atəş açıblar”.  

 

Qeyd edək ki, “Saşko Belıy” internetdə yayılan videolardan sonra məşhurlaşıb. Videoların birində o, əlində silah Rovno Vilayət Şurasında çıxış edir. Digər videoda isə onun Rovno prokurorunu döydüyü görünür.

 

A. Muzıçko Çeçenistan müharibəsində çeçenlərin tərəfindən döyüşüb. Rusiyada bu yaxınlarda A. Muzıçko və “Sağ sektor”un lideri Dmitri Yaroş haqqında cinayət işi qaldırılıb və barələrində axtarış elan olunub. Hətta Rusiyada hər iki şəxsi aradan götürmək barədə çağırışlar da səslənib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6424

Oxşar yazılar