Ukrayna Mərkəzi Seçki Komissiyası “Sağ sektor”-un (“Pravıy sektor”) lideri Dmitri Yaroşun prezidentliyə namizədliyini qeyd alıb.
Lent.az-ın “unian.net”-ə istinadən məlumatına görə, bu, qərara MSK-nın 15 üzvü səs verib.
Mənbə bildirib ki, MSK-nın sorğusundan sonra “Oşadbank” Yaroş üçün qoyduğu pul girovu haqda arayış təqdim edib.
O, martın 29-da sənədlərini təqdim edib. Yaroş bütün sənədləri, o cümlədən 2,5 milyon qrn. pul girovu ilə bağlı arayışı da MSK-ya verib.
Xatırladaq ki, Ukraynada prezident seçkisi mayın 25-də keçiriləcək.