“Rambler&Co”-ya Aleksandr Mamut başçılıq edəcək
18 aprel 2014 22:09 (UTC +04:00)

“Rambler&Co”-ya Aleksandr Mamut başçılıq edəcək

0

“Rambler&Co” səhmdar cəmiyyətinin müdiri Aleksandr Mamut qurumun baş direktoru olacaq.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda “Rambler&Co”-ya daxil olan “Lenta.ru” xəbər yayıb.

 

“Lenta.ru”-nun məlumatına əsasən, Mamutun təyinatı aprelin 21-də gerçəkləşəcək.  

 

Mənbə bildirib ki, bu il aprelin 15-dən etibarən “Afişa-Rambler-SUP”  Birləşmiş şirkətin adı dəyişdirilib və o, “Rambler&Co” adlanır.

 

Şirkət 2013-cü ilin mayında “Afişa-Rambler” (əvvəlllər holdinqə Vladimir Potaninin “Profmedia”sı da daxil idi)  və Aleksandr Mamutun “SUP Media”-sının  birləşməsin nəticəsində yaranıb.

 

“Lenta.ru” və “Rambler” axtarış sistemindən başqa “Gazeta.ru”, “Afişa” nəşriyyatı, “Çempionat.com” idman portalı, “LiveJournal” və başqaları  “Rambler&Co”-ya daxildir.

 

Aleksandr Mamut “Forbes” jurnalının “2014 – Rusiyanın ən varlı iş adamları” siyahısında 42-ci yerdə olub. Onun var-dövləti 2,3 milyard dollardır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar