Əfqanıstanın keçmiş baş naziri və SSRİ-yə qarşı döyüşən əfqan mücahitlərin lideri Gülbəddin Hikmətyar komaya girib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Əfqanıstandakı “Hizb-i İslami' təşkilatının liderinin müalicə aldığı Pakistanda ölüm yatağında olduğu deyilir.
Əfqan əsgərlərin "Fars" xəbər agentliyinə verdiyi məlumat görə, uzun müddətdir Pakistanın Pişəvər şəhərində yaşayan Gülbəddinin vəziyyəti iki gün əvvəl ağırlaşıb. O, Kəraçi şəhərindəki bir xəstəxanaya yerləşdirilib. Hazırda komada olan Hikmətyarın sağalmasına heç bir ümid yoxdur.
Gülbəddin Hikmətyar ötən illərdə İŞİD-i dəstəklədiyini demişdi.