Könüllərdən ibarət “Donbas” batalyonu Donetsk vilayətinin Volodarsk rayonuna nəzarəti ələ keçirib. Lent.az-ın “PressOrq”-a istinadən məlumatına görə, onlar rayonun dövlət inzibati binasının üstünə Ukraynanın bayrağını sancıb.
Mənbə bildirib ki, bu haqda batalyonun komandiri Semyon Semençenko məlumat verib.
““Donbas” batalyonunun taqımı Mariupoldakı anti-terror əməliyyatında da iştirak edir. Qərbi Donbas Ukrayna hakimiyyəti və “Donbas” batalyonunun nəzarəti altındadır. Növbə Donetskinindir”-deyə, o, «Facebook» səhifəsində yazıb.
Semençenko Ukrayna xalqına sədaqət andını pozaraq, terrorçuların tərəfinə keçən Donetskin yol polislərinə də ultimatum verib: “Silahları yerə qoyub, bölgəni tərk edin. Əks halda hamınızı məhv edəcəyik”.
Xatırladaq ki, “Donbas” xüsusi batalyonu “Pravıy sektor” tərəfindən yaradılıb. Onlar ölkənin güc strukturları ilə birlikdə anti-terror əməliyyatınlarda iştirak edirlər.