Daha çox gənclər arasında geniş yayılmış “ My life, My rules “ ("Mənim həyatım, mənim qaydalarım") devizi haqqında çox maraqlı fakt ortaya çıxıb.
Kimisi bu devizi maşının üzərinə yazdırır, kimisi isə sosial şəbəkələrdə status kimi paylaşırlar. Ancaq bu şüarın əslində haradan yarandığının fərqinə varmırlar.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, ilk dəfə 1970-ci ildə homoseksual nümayəndələr Nyu-Yorkda öz hüquqlarının müdafiəsi üçün toplanıb. Və məhz bəşəriyyətdə ilk qey parad hesab edilən həmin pardadda ilk dəfə “My life, My rules” şüarı səslənib. Həmin gündən etibarən bu şüar bütün homoseksualların şüarına çevrilib.
Bu şüardan istifadə edən gənclərimizə “ My life, My rules“ - in haradan yarandığını bilmələrini məsləhət görərdik.