Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının 119 tərəfdarı barəsində hökm çıxarıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, onların hər birinə üç il iş kəsilib. Müttəhimlər keçən ilin oktyabrında onlarla insanın xəsarət alması ilə nəticələnən etiraz aksiyasında iştirak etməkdə suçlu bilinib.
Xatırladaq ki, bu ilin martında məhkəmə hərəkatın 529 tərəfdarı barəsində ölüm hökmü çıxarıb.