“Moskvanın siyasəti Avropanın təhlükəsizlik şəraitini kəskin dəyişib”
20 may 2014 00:09 (UTC +04:00)

“Moskvanın siyasəti Avropanın təhlükəsizlik şəraitini kəskin dəyişib”

0

Şimali Atlantik alyansının baş katibi Anders Foq Rasmussen Moskvaya siyasi danışıqları aparmaq üçün gələn həftə Rusiya - NATO şurasının iclasını keçirməyə təklif edib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, baş katib bildirib ki, Brüssel Moskva ilə danışıqlar aparmağa hazırdır.

 

O, Rusiyaya yönəli münasibətdə NATO-nun ikili qərar qəbul edildiyini xatırladıb: “Bir tərəfdən Rusiya ilə bütün əməkdaşlıq praktik olaraq, dayandırılıb. O biri tərəfdən Rusiya-NATO şurası çərçivəsində siyasi və diplomatik danışıqların aparılması üçün kanal saxlanılıb”.

 

Rasmussen onu da bildirib ki, Rusiyanın Ukraynada atdığı addımlar Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti kəskin dəyişdirib.

 

“Rusiyanın Ukraynadakı qanunsuz fəaliyyəti Avropanın təhlükəsizliyi sahəsində yeni şəraitin yaranmasına səbəb olub. 20 ildən artıq bir müddət ərzində NATO Rusiya tərəfdən heç bir təhlükə hiss etmirdi. Ancaq indi Brüssel Rusiyanın müdafiə doktrinasında fərqli bir məsələni görür. Həmin sənədə əsasən, rusiyalı icmanın maraqlarını müdafiə etmək üçün Moskva başqa bir dövlətin daxili işlərin müdaxilə haqqını özündə saxlayıb.

 

Krımda, Ukraynanın şərqində biz şahid olduq ki, bu doktrina asanlıqla sözdən işə keçə bilər”-deyə, baş katibi vurğulayıb.

 

A.F.Rasmussen onu da vurğulayıb ki, Rusiyanın müdafiə doktrinasında NATO düşmən kimi göstərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 863

Oxşar yazılar