Moskva Kiyevlə dövlət sərhədi üzrə məsləhətləşmə keçirməyə hazırdır.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu haqda açıqlama verib.
“Prinsipcə belə bir görüş mümkündür. Əsas məsələ belə məsləhətləşmənin keçirmək adı altında Ukrayna hakimiyyətinin düşündükləridir. Əgər bu məsələ ilə bağlı açıqlama alarıqsa, o zaman həm bizim, həm də Ukraynanın mütəxəssislər görüşməyə hazır olacaq. Hələlik açıqlama yoxdur” -deyə, o, söyləyib.
Mənbə xatırladıb ki, bir müddət öncə Ukrayna hakimiyyəti sərhədlə bağlı birgə kompleks tədbirlər keçirmək tələbi ilə Moskvaya nota vermişdi