“Lvov” batalyonunun komandiri Donbassda minaya düşərək öldü
11 fevral 2015 05:36 (UTC +04:00)

“Lvov” batalyonunun komandiri Donbassda minaya düşərək öldü

Donetsk vilayətinin  Debaltsevo şəhəri yaxınlığında  “Lvov” batalyonunun komandiri İqor Volskinin və Ukrayna DİN-in Lvov vilayəti üzrə Baş İdarəsinin rəisi Dmitri Zaqariyanın olduğu avtomobil minaya düşüb. APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Pyotr Poroşenko” fraksiyasından olan deputat Andrey Antonişak bildirib. 

 

“Onlar iki avtomobildə “Lvov” xüsusi təyinatlı milis batalyonunun hazırda yerləşdiyi Debaltsevonun Luqanskaya kəndindən yola düşdükdən bir müddət sonra Debaltsevo yaxınlığında minaya düşüblər. Nəticədə “Lvov” batalyonunun komandiri İqor Volski həlak olub, Zaqariya isə yaralanıb”, deyə Antonişak bildirib. 

 

Onun sözlərinə görə partlayış nəticəsində 4 nəfər yaralanıb. 

 

“Zaqariya kömək barədə 2 “sms” göndərib. Hadisə yerinə xüsusi təyinatlılar göndərilib. Onların hadisə yerindən çıxarılması üçün bütün mümkün tədbirlər görülür”, deyə o bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar