Rusiyanın “LUKOYL” neft-qaz şirkəti özünün Krımdakı yanacaq doldurma stansiyalarında son zamanlar benzinin qiymətini 3 faiz ucuzlaşdırıb.
Lent.az-ın “İTAR-TASS»-a istinadən məlumatına görə, hazırda şirkətin yarımadada 8 yanacaqdoldurma operatoru var.
Mənbə bildirib ki, Krımın yanacağa aylıq tələbatı 70,1 min tondur. Onun 16,8 min tonu benzin, 53,3 min ton isə dizel yanacağıdır.
Məlumata əsasən, bölgədəki yanacaq doldurma məntəqələrinin 13-21 sutkalıq yanacaq ehtiyatı qalıb.