“Lufthansa”-nın pilotları tətilə hazırlaşır
29 mart 2014 07:45 (UTC +04:00)

“Lufthansa”-nın pilotları tətilə hazırlaşır

0

Almaniyanın “Lufthansa” hava şirkətinin pilotları aprelin 2-dən 4-dək tətil etməyi planlaşdırır.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda pilotların «Cockrit» həmkarlar təşkilatının kommünikesində bildirilib.

 

İş şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbinə dair «Lufthansa»-nın rəhbərliyi ilə şirkətin əməkdaşları arasında razılaşma əldə edilməyəndən sonra tətil qərarı qəbul edilib.

 

 

Kommunikedə vurğulanıb ki, əgər şirkət rəhbərliyi şərtlərə əməl edərsə, həmkarlar təşkilatı son anda tətili ləğv etməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 653

Oxşar yazılar