“İŞİD” iraqlı jurnalisti edam etdi
11 oktyabr 2014 01:36 (UTC +04:00)

“İŞİD” iraqlı jurnalisti edam etdi

0

“İŞİD” qruplaşmasının yaraqlıları iraqlı jurnalisti qətlə yetiriblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 37 yaşlı Read əl-Əzzavi Bağdaddan şimalda yerləşən kəndlərin birində edam olunub.

 

Yaraqlılar həmçinin jurnalistin qardaşını və daha iki mülki şəxsi öldürüblər.

 

Frans Press agentliyinin məlumatına əsasən, Read əl-Əzzavi “Sama Salaheddin” adlı telekanalda çalışırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1414

Oxşar yazılar