“İŞİD” İranı da  hədələyib
19 iyun 2014 23:25 (UTC +04:00)

“İŞİD” İranı da  hədələyib

0

“İraq-Şam islam dövləti” (İŞİD) terrorçu qruplaşması iyunun 18-i “Tvitter” səhifəsində bəyanat yayaraq İranı təhdid edib.

 

Lent.az-ın  məlumatına görə, orada bildirilib:  “Rafizilər (şiələr nəzərdə tutulur – red.) bilməlidir ki, bizim niyyətimiz Nəcəf, Kərbəla və Samirədəki şirk (şərik—red.) simvollarını (şiə ziyarətgahları – red.) dağıtmaqdır. Biz İraqda həmin simvolları dağıdandan sonra İrana gələcək, bu ölkənin Məşhəd şəhərini yerlə yeksan edəcəyik”.

 

Bəyanatın sonunda deyilib ki, dünya müsəlmanları yer üzünü  “rafizilərdən silib təmizləmək” üçün səfərbər olmalı, “əsl islamın tezliklə dünyaya hakim olması üçün çalışmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1668

Oxşar yazılar